Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
29 noyabr tarxində qeyd olunan rayon ərazisində yerləşən restoranların birində 3500 manat dəyərində palto oğurlanıb.
Şübhəli şəxs kimi Bakı şəhər sakini L.Süleymanova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.