Paytaxtın Səbail rayonu, Salyan şosesində avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şirvan şəhər sakini Təhminə Qurbanova yolu keçən zaman onu “Hyundai” markalı nəqliyyat vasitəsi vurub. Avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.