Paytaxtın Səbail rayonu, Salyan şossesində zəncirvari avtoqəza baş verib. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hərəkətdə olan zaman “Toyota” markalı nəqliyyat vasitəsi qəfil manevr edərək “BMW” markalı avtomobilə dəyib, daha sonra isə “Nissan”a çırpılıb. Nəticədə hər üç nəqliyyat vasitəsinə ziyan dəyib.
Araşdırmalar davam edir.
[caption id="attachment_33094" align="alignnone" width="1000"]
Foto Apa.az saytından[/caption]