Bakının Səbail rayonunda intihara cəhd edən qız xilas olunub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Fikrət Əmirov küçəsi, 1 ünvanında qeydə alınıb. Gənc qız adıçəkilən ünvanda yerləşən yaşayış binasının pilləkən qəfəsində özünü asıb. Bunu yaxınlıqdan keçən şəxslər görüblər. Ərazidə xidmət aparan polis əməkdaşının köməkliyi ilə qız xilas olunub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırma zamanı həyatına qəsd edən qızın 21 yaşlı Xaçmaz rayon sakini S.Rüstəmova olması məlum olub. Hazırda araşdırma aparılır.