Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Ağayev 11-19 iyul tarixləri arası 5 avtomobildən ümumilikdə 500 AZN və 4350 ABŞ dolları vəsait oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.