Bakının Səbail rayonunda avtomobil alışıb. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Adıçəkilən rayonda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Yanğın hadisə yerinə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb. Nəqliyyat vasitəsinin digər hissələrinə ziyan dəyməyib.