Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Pərviz Muradov “Toyota Prado" markalı 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkilə pozub və avtoxuliqanlığa yol vediyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Nəticədə məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.