Bakıda velosiped oğurlayan şəxs saxlanılıb. Bu haqda 14 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Səbail rayonunda dekabrın 25-də M.Kərimliyə məxsus 1200 manat dəyərində velosiped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.