Səbail rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini R.Qulamov adıçəkilən rayon ərazisində dayanan avtomobildən bank kartları oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Onun üzərindən heroin də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.