Səbail rayonunda yaşayış binası yanğın təhlükəsi ilə üzləşib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyalı tikilidə baş verib. Nəticədə tikili 5 kv.m sahədə və taxta qırıntılar 25 kv.m sahədə yanıb. Yaşayış binasına ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.