Bakının Səbail rayonunda mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mənzildən 34.300 manat dəyərində zərgərlik əşyaları oğurlanıb.
Səbail RPİ 41-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.