Bakının Səbail rayonunda bank kartından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 26-da keçirdikləri tədbirlər nəticəsində Naftalan şəhər sakini Elçin Ələkbərov və Laçın rayon sakini Araz Əliyev saxlanılıblar.
Onlar bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.