Bakının Səbail rayonu, İzzət Nəbiyev küçəsində yanmış “Toyota Corolla” AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Şahidlərin sozlərinə görə, “Chevrolet Cruze” markalı maşında iki nəfər yatmış vəziyyətdə olub. Onlar partlayış səsindən oyanaraq avtomobildən düşüb və qaçıblar. Nəticədə yanğın qarşıda dayanan “Toyota”ya keçib. Əlavə olaraq yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış “Mercedes-Benz” markalı maşına çarpılıb.
Daha öncə Səbail rayonunda yanğın hadisəsində 2 avtomobilin yanması barədə məlumat verilmişdi.