Səbail rayonunda tütün məmulatları oğurluğu baş verib. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Tərtər rayon sakini olan bir yeniyetmə rayon ərazisində yerləşən mağazaların birindən 6500 AZN dəyərində tütün məmulatları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.