Səbail rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Badamdar qəsəbəsində baş verib. 20 yaşlı Dəniz Mustafayev motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.