“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az “Shedevrplus”a istinadən xəbər verir.
Qaradağ rayonunda yerləşən ticarət mərkəzində qısaqapanma baş verib. Nəticədə bir neçə mağazanın üstündəki konstruksiyalar alışmağa başlayıb. Şahidlər yanğınsöndürənlə alovu söndürməyə çalışıblar.
Təfərrüatlar araşdırılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/09/img_9062.mp4"][/video]