Paytaxtın Qaradağ rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Sədərək” ticarət mərkəzinin qarşısında 35 yaşlı Elçin Tağıyev avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.