“Sədərək” Ticarət Mərkəzində dava zamanı qadın döyülüb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bir qrup şəxs arasında baş verən dava zamanı 39 yaşlı Zülfiyyə Rəhimova döyülüb. Onu Aqil adlı şəxsin döydüyü bildirilir.
Hazırda Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Şübhəli şəxs axtarılır.