Bakı-Qazax yolunda avtomobil yanıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Hadisə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında baş verib. Hərəkətdə olan minik avtomobili qəfil alışıb. Nəticədə onun mühərrik hissəsi kül olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.