Paytaxtda yerləşən supermarketlərin birində yanğın baş verib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə Sabunçu rayonunda, ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli obyektdə qeydə alınıb. 1-ci mərtəbədə sahəsi 30 kv.m olan anbarda ərzaq malları yanıb. Yüksək temperaturdan anbarın və marketin lambirdən ibarət tavanı 50 kv.m sahədə əriyib.
Əraziyə gələn yanğınsöndürənlər obyektin qalan hissəsini yanğından mühafizə ediblər.