Sabunçu qəsəbəsində şagirdlər arasında bıçaqlanma baş verib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə qəsəbənin Şəhidlər parkında baş verib. 11-ci sinifdə oxuyan 17 yaşlı şagird 16 yaşlı digər şagirdi bıçaqlayıb. Nəticədə yaralı xəstəxanaya yerləşdirilib. Onun dindirilməsi mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.