Bakının Sabunçu rayonunda yaşayış evi yanıb. Bu haqda 15 iyul axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 60 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, bitişik evlər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.