Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində iki avtomobil toqquşub. Qəza nəticəsində 11 yaşlı Ömər Şirinov xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırmalar aparılır.