Bakının Sabunçu rayonunun eyniadlı qəsəbəsində yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
15 yaşlı Ellada Adıgözəlova yanvarın 17-də yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə müraciət olunub. Hazırda yeniyetmənin axtarışları aparılır.