Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Maştağa qəsəbəsində baş verib. 32 yaşlı Emil Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda hadisəni törədən şəxsin axtarışları aparılır.