Bakının Sabunçu rayonunda zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Zənciravri qəza Zabrat–Balaxanı yolunun kəsişməsində “Tofaş”, “Khazar”, “Mercedes” və “Kia” markalı avtomobillərin iştirakı ilə qeydə alınıb. Toqquşma nəticəsində “Tofaş” yararsız vəziyyətə düşüb.
Sözügedən nəqliyyat vasitəsinin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəza nəticəsində yolda tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_137758" align="alignnone" width="640"]
Foto APA.az[/caption]