Paytaxtın Sabunçu rayonunda ana və oğlunu avtomobil vurub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
27 yaşlı Səbinə Məmmədova və 4 yaşlı oğlu H.Məmmədov avtomobil yolunu keçən zaman onları nəqliyyat vasitəsi vurub.
Hər iki yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.