Bakının Sabunçu rayonunda qanunsuz silah gəzdirən vətəndaş saxlanılıb. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən əməliyyət tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərindən “Makarov” markalı tapança, 5 ədəd patron və patron darağı götürülüb.
Faktla bağlı araşdırma aparılır.