Bakının Sabunçu rayonunda qadın yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 8 mart tarixində Report məlumat verib.
54 yaşlı Səadət Həsənova yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.