Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 48 yaşlı Rahib Adilov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda araşdırmalar aparılır.