Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayonda 2 avtomobilin toqquşması nəticəsində sərnişinlər - 58 yaşlı Elşən Ədilov və 27 yaşlı Elvin Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.