Bakının Sabunçu rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 100 kv.m olan tikilinin dam örtüyünün taxta atmaları 30 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.