Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan tikilinin bir otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Həmçinin yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 7 kv.m sahədə qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.