Paytaxtın Sabunçu rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ucar rayon sakini S.Teyyubov adıçəkilən rayon ərazisindəki evlərin birindən 3 ədəd kondisioner, eləcə də televizor, paltaryuyan, kombi aparatı və saat oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.