Bakının Sabunçu rayonunda vətəndaşdan narkotik ələ keçirilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovdan 189 qram heroin və 36 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.