Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə “Kaspi” liseyinin qarşısında qeydə alınıb. Polad Cahangirov etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 28 yaşlı Sadiq Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.