Paytaxtın Sabunçu rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 20 kv.m olan talvarda başlayıb. Nəticədə tikili tamamilə yanıb. Alov konstruksiyanın altında dayanan “Mercedes” markalı nəqliyyat vasitəsinə də keçib və mühərrik hissəsinə ziyan vurub. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.