Paytaxtın Sabunçu rayonunda motosiklet qəza törədib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
18 yaşlı Elmurad Bayramlı motosikletlə Zabrat qəsəbəsində hərəkətdə olan zaman idarəetməni itirib və yol kənarındakı maneəyə çarpılıb. O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.