Sabunçu rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Xaşxaş-2023” adı altında keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində yaşayan Yusif Abbasov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 290 qram marixuana və 79 ədəd çətənə kolu aşkar edilib.
Faktla bağlı araşdırmaya başlanılıb.