Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 110 kv.m olan birmərtəbəli quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.