Fevralın 6-da paytaxtın Sabunçu rayonunun Zabrat şosesində yol qəzasında xəsarət alan kişi dünyasını dəyişib. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əbülfəz Əllazov 217 saylı marşrut üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla Elsəvər Nəsirovu vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.