Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 500 manat oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini N.Rzazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.