Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarına verilən məlumata görə, bir qadının çantasından içərisində pulu və 3 bank kartı olan pulqabısı soyğunçuluq yolu ilə talanıb.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramal Ağacanov saxlanılıb.
Onun Nardaran qəsəbəsi ərazisində bir evin zirzəmisindən 4800 manat dəyərində otbiçən və elektrik naqili oğurlaması da məlum olub.
Faktla bağlı araşdırma aparılır.