Sabunçu rayonunda sexdə yanğın olub. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə avtomobil təmiri sexində baş verib. 40 yaşlı Kamal Vəliyev “Mercedes” markalı avtomobilin yanacaq çənində təmir apardığı zaman alışma olub. Nəticədə Vəliyev, onun 8 yaşlı oğlu Mövlud Vəliyev və 10 yaşlı Sərdar Şükürov üzlərindən yanıq xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.