Bakının Sabunçu rayonunda avtomobildə narkotik aşkarlanıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Zülfüqar Ramazanov saxlanılıb. Baxış zamanı onun idarə etdiyi “Azsamand” markalı avtomobildən 130 qram marixuana və 750 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.