Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Bağırov saxlanılıb.
O, paytaxt sakininin içərisində bank kartları və sənədi olan pulqabısının oğurlanması, həmçinin kartından 300 manatın çıxarılmasında şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.