Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, bir vətəndaşın bank kartından 1000 manat oğurlanıb.
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Emil Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.