Paytaxtın Sabunçu rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 2 otaqlı evin dəhlizi və dam örtüyü 10 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.