Bakının Sabunçu rayonunda yerləşən mağazada yanğın olub. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 50 kv.m olan tikilidə qeydə alınıb. Mağazanın yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılan boya məhsulları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.