Paytaxtın Sabunçu rayonunda yerləşən yataqxanada yanğın baş verib. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Üçmərtəbəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 60 kv.m olan mənzil 30 kv.m sahədə alışıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.